Nə vaxta qədər Rusiyanın bu tip qanunsuz əməllərinə dözməliyik? - Politoloq

Nə vaxta qədər Rusiyanın bu tip qanunsuz əməllərinə dözməliyik? - Politoloq

"Milli Məclis Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə qərar verməlidir. Artıq bunun zamanıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev rusiyalı bloger Sergey Vasilyevin rus pasportundan istifadə edərək, Laçın dəhlizindən keçməklə Qarabağa, Xankəndiyə səfər etməsi fonunda, orada yerləşən sülhməramlıların hadisəyə göz yummalarına münasibət bildərərkən deyib. Həmsöhbətimizin fikrincə, belə məsələlərə Azərbaycan Xarici İşlər Nazirliyi anındaca reaksiya verməklə Rusiyaya nota göndərməli idi:

"Çünki sülhməramlıların əsas məramı sülhü qorumaqdır. Kimin hansı zəmanəti var ki, həmin rusiyalı blogeri Sergey Vasilyev kimi başqa bir terrorist rus pasportu ilə gəlib o ərazilərə keçməklə terror törətməyəcək. Yerləşdirilən sülhməramlılar BMT nizamnaməsinin 6 və 7-ci fəslinə uyğun olaraq yerinə yetirməli olduqları maddələri deyil, Rusiyanın dövlət maraqlarına və onun çıxarlarına xidmət edirlər”. 
 
 

Həmin vəziyyət, C. Nuriyevə görə, onu göstərir ki, rus sülhməramlıları eyni üsulla Suriya, Livan, Fransa, Kaliforniyadan gələn erməni terroristlərini də Qarabağa buraxırlar: 

"Deməli, rus sülhməramlılarının əlilə artıq Qarabağda terror törədə biləcək kifayət qədər insanlar yerləşdirilib. Vasilyev də onlardan biridir”. 
Həmsöhbətimiz deyib ki, Milli Məclis məsələyə baxmalıdır:  

"Nə vaxta qədər Rusiyanın bu tip qanunsuz əməllərinə dözməliyik?”

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X