Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı sözügedən orkestrin solisti Feyzullayev Mübarək Məmməd Rza oğludur.
Mübarək Feyzullayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiyası Məhkəməsində Fuad Abdıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.
Bahar Rüstəmli
Şərhlər