İdman 15:59 03.07.2022

"Neftçi" Gürcüstan millisinin futbolçusunu transfer etdi

"Neftçi" heyətinə daha bir əcnəbi futbolçu qatıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Bakı klubu Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliyanı transfer edib. 30 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Solomon Kverkveliya peşəkar karyerasına 2010-cu ildə Rusiyanın "Rubin" klubunda başlayıb. 2012/13 mövsümündə Rusiyanın "Neftekhimik", 2017-ci ildə "Lokomotiv" (Moskva) klublarına icarəyə verilib. "Lokomotiv" 2017-ci ildə onu 2.5 milyon avroya transfer edib, 2020/21 mövsümündə "Rotor"a icarəyə verib. 2021/22 mövsümündə Ukraynanın "Metallist" klubunda çıxış edən "Neftçi"nin yeni transferi bu ilin əvvəlindən vətənində "Qaqra" klubunda top qovub. O, bu komandanın heyətində 12 rəsmi oyuna çıxaraq 1018 dəqiqə forma geyinib.

Solomon Kverkveli 2011/12 mövsümündə "Rubin", 2017/18 mpvsümündə "Lokomotiv"lə Rusiya Premyer Liqasının, 2016/17 və 2018/19 mövsümlərində ölkə kubokunun (hər ikisi "Lokomotiv") qalibi olub.

"Neftçi"nin yeni transferi 2014-cü ildən çağırıldığı Gürcüstan millisində 41 oyun keçirib. Müdafiəçmi 2014 və 2017-ci illərdə Gürcüstanda "İlin futbolçusu" seçilib.

Aydın