Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev və daha 4 futbolçusunda koronavirus aşkarlanıb.
Klubdan "Report"a verilən məlumata görə, COVID-19 testi müsbət çıxan oyunçular müdafiəçilər Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylidir. Mbocun ikinci testinin nəticəsi müsbət çıxıb.
Bundan əlavə, qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrinin də ikfeksiyaya yoluxduğu ehtimal edilir. Əvəzində kapitan Emin Mahmudovla hücumçu Mirabdulla Abbasov sağalıb.
Qeyd edək ki, daha əvvəl Anton Krivotsyukun koronavirus testi müsbət çıxıb. "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirəcək.
Şərhlər