Xəbər lenti

İdman 19:50 20.10.2019

"Neftçi"nin baş məşqçisi: "Öz evimizin içinə baxmalıyıq"

"Bütün futbolçularımı təbrik edirəm. Onlar bu gün matça ciddi yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Bunu bacardıq". 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın VIII turunda "Zirə”ni məğlub etdikləri (3:0) oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Bu, turnir cədvəli baxımından da önəmli idi. Oyunçular sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da yaxşı çıxış etdilər. Səhvlərimizdən biri də o oldu ki, ilk qoldan sonra çox irəli atıldıq. Səhvlər də edə bilərdik. İkinci qolu vurduqdan sonra rəqib daha da açıq oynadı. Bu isə bizim işimizə yaradı. Təəssüflənirəm ki, Platellas və Rauf 100 faizlik epizodlarda fərqlənə bilmədilər. Onlar da qol vurmağa layiq idilər. Birinci qoldan sonra oyunu bitirmək üçün irəli atıldıq ki, ikinci dəfə fərqlənək. Risk etdik və qol buraxa da bilərdik. Ancaq ikinci qoldan sonra rəqib açılmağa başladı və bu, bizim işimizə yaradı, qol vurmaq üçün epizodlarımız yarandı. Əsas odu ki, təhlükəli məqamlar yarada bilirdik. İkinci qoldan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, ancaq qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya yoxluğu yarana bilər. Başqa problem yoxdu".

Bordin "Ardıcıl 3 qələbə komandanın yarasını neçə faiz sağalda bilər" sualına belə cavab verib: "Faiz deyə bilmərəm. Sadəcə irəli baxmaq lazımdı. Əvvəl yaralı idik, indi isə ayağa qalxa bilmişik. Donald Gerye və Soni Mustivar yığmada kifayət qədər oynadıqları üçün bu gün meydanda yox idi". 

Baş məşqçi Donal Gerye və Soni Mustivarın oynamamasının milli komandanın heyətindən qayıtmaları ilə əlaqələndirib: "Hər iki oyunçu yığmada kifayət qədər oynadı və uzun yol gəldilər. İki gün əvvəl komandaya qoşuldular və yalnız bir məşq edə bildilər. Ona görə də riskə yol vermək istəmədik".

Bordin "Qarabağ”a haqqında düşünmədiklərini bildirib: "Biz hər gün yalnız öz oyunumuzu düşünürük. Rəqib barədə fikirləşmirik. Hər matçda qələbə qazanmaq istəyirik. Rəqiblərin xal itirməsinin əhəmiyyəti yoxdu. Öz evimizin içinə baxmalıyıq, başqa komandalarda nə baş verdiyinə fikir verməməliyik".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->