"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
Qaynarinfo-nun məlumatına görə, Anton Krivotsyukun testi müsbət nəticələnib.
22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə matçı buraxıb.
Albaniyalı oyunçu Bruno Teluşidə isə zədə səbəbindən komandasına kömək edə bilməyib.
Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.
Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı 0:0 hesabı ilə başa çatıb.
Şərhlər