Xəbər lenti

“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu
İdman 16:58 25.10.2020

“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu

"Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq futbolçunun 3 həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.

Səlahət Ağayev əməliyyatla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam”.

Qeyd edək ki, 2017/18 mövsümündən etibarən "Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->