"Neftçi"nin maraqlandığı Azərbaycan əsilli futbolçusu Azər Əliyev Başqırdıstan klubu "Ufa"dan ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Ufa"nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fubolçunun yaxın vaxtlarda "ağ-qaralar"la anlaşacağı gözlənilir.
Əliyev "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçmişdi.
Səbuhi Həsənov
Şərhlər