Xəbər lenti

İdman 09:43 26.10.2020

"Neftçi"nin sabiq futbolçusu saxlanıldı

"Neftçi"nin sabiq futbolçusu Fransisko Qarsiya həbs olunub.

Qaynarinfo xəbər verir ki, polis paraqvaylı yarımmüdafiəçini sərxoş vəziyyətdə saxlayıb. Yoxlama zamanı 29 yaşlı futbolçunun üzərində marixuana aşkarlanıb. 

"Qato" ləqəbli futbolçu hazırda polis idarəsində saxlanılır. O, daha əvvəl də eyni səbəbdən həbs olunub.

Qeyd edək ki, Fransisko Qarsiya 2018-ci ildə "Neftçi"nin formasını geyinib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->