Siyahıda AZAL-ın prezidenti Cahangir Əsgərovun həyat yoldaşının da adı var
YARAT Müasir İncəsənət Məkanın təsisçiçi Aida Mahmudova mədəniyyət və incəsənət üzrə aparıcı saytlarından olan "The Culture Trip"in dərc etdiyi Mərkəzi Asiya və Qafqaz regionunun incəsənət sahəsində ən nüfuzlu qadınlarının siyahısına daxil olub.
ANS PRESS-in məlumatına görə, rəssamdan başqa, siyahıda Gazelli Art House-un təsisçisi və direktoru Mila Əsgərovanın (AZAL-ın prezidenti Cahangir Əsgərovun həyat yoldaşı), Qazaxıstandan olan rəssamlar Almagül Menlibayevanın, Annya Sandın, kuratorlar Sara Razanın, Gayane Umerovanın və Natalya Dyunun da adı var.
Məqalədə Aida Mahmudovanın yaradıcılığından və Azərbaycanda müasir incəsənətin inkişafında göstərdiyi xidmətlərindən bəhs olunur. Rəssam Londondakı Central Saint Martins Kollecində incəsənət ixtisası üzrə təhsil alıb. Hazırda o öz vaxtını Bakı və London arasında bölüşdürür, işləri beynəlxalq sərgilərdə nümayiş etdirilir. O, rəngkarlıqdan tutmuş video-instalyasiyaya kimi müxtəlif üsullardan istifadə edir.
Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə "Yarat" təşkilatının əsasını qoyub.
Qaynar.info
Şərhlər