Neymar yapon futbolçunu, Qonsales Neymarı təhqir etdi – Qalmaqal

Neymar yapon futbolçunu, Qonsales Neymarı təhqir etdi – Qalmaqal

Fransa Liqa 1-də əsas çıxış edən Neymarla bağlı qalmaqal baş verib. 

Qaynarinfo "El Partidazo de Cope” nəşrinə istinadən xəbər verir ki, PSJ - "Marsel” matçında Paris klunun braziliyalı ulduzu rəqib müdafiəçi Hiroki Sakaini irqçilik zəminində təhqir edib. Neymar yapon oyunçuya "Çin p.xu" adlandırıb. 

"Marsel”in başqa bir oyunçusu Alvaro Qonsalesin də irqçi ifadələrlə Neymarın özünü aşağıladığı iddia edilib.

"L'Equipe" nəşri isə yazır ki, Neymar və Qonsales bu il Fransa çempionatının oyunlarına çıxmaqdan məhrum edilə bilərlər. Onların bir-birilərinə qarşı işlətdiyi təhqiramiz ifadələr rasizm statusu ilə dəyərləndirsə, hərəsi 8-10 oyunluq diskvalifikasiya ediləcək.

Xatırladaq ki, oyunun sonlarında meydanda qarşıdurma yaranmış, Neymar Alvaro Qonsalesin başına vurduğuna görə qırmızı vərəqə almışdı. Eləcə də, bir neçə başqa oyunçular meydandan qovulmuşdular. Görüşün ardından isə Neymar Qonsalesi rasizmdə suçlamış, ispanın ona "yum ağzını, murdar meymun" dediyini söyləmişdi.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR