Niyam Ramalı döyməklə hədələdi: “Başqa cür mümkün deyil” (VİDEO)
Müğənnilər - Ramal İsrafilov və Niyam Səlami arasında qalmaqal davam edir.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, "Cavan TV"nin qonağı olan Niyam həmkarını döyməklə hədələyib:
"Yaxşı müğənnisən, sənətçisən, amma insan kimi insan deyilsən. Çıxıb efirdə ağzına gələni danışırsan. O, mənim əlimə keçsə, sağ çıxmayacaq. Ya onu döyəcəm, ya təhqir edəcəm, ya da nəsə eləməliyəm. Başqa cür mümkün deyil. Onun ixtiyarı yoxdur çıxıb məni təhqir eləsin”
Səlami illərdir onun evində duz-çörək kəsən Ramalın düzgün danışmadığını söyləyib:
"O, mənim üzümə necə baxacaq? Mənim evimdə yatdığın günləri necə yaddan çıxartmısan? 4 dəfə barışıb mənimlə, 4 dəfə üzür istəyib, 80 dəfə üzümdən öpüb. Yenə də gəlib üzür istəyəcək. Deyir, mən müğənni deyiləm. Özü mənə iki dənə mahnı verib. Müğənni deyiləmsə, niyə mahnı vermisən?”.
Sənətçi Ramalı da öz sənəti ilə məşğul olmağa çağırıb:
"Çıxıb efirdə deyir ki, mən dizaynerəm, stilistəm, qaş alıram. Onda mən də deyim ki, get, öz sənətinlə məşğul ol da. Ramal, sənin menyunda elə bir şeylər var ki... Mən səni yaxşı tanıyıram. Səni Azərbaycanda çox yaxşı tanıyırlar. Sən özünü kimə göstərirsən? Səni atan yaxşı tanıyır, atandan da yaxşı mən tanıyıram”.
Qeyd edək ki, Ramal Niyamı müğənni kimi qəbul etmədiyini və aşbaz kimi daha yaxşı yeməklər bişirdiyini söylədiyi üçün iki məşhur arasında soyuq münasibətlər yaranıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər