"Niyaməddin Musayevi Gəncədə pərəstişkarı bıçaqlamışdı"

"Yeni telefonla, iPad-ə qədəm qoya bilmirəm. Mənə çox çətin gəlir. Sosial şəbəkədə bacardığım ancaq İnstaqramdır. "Youtube"da kliplərimə baxıram, e-mailimi yoxlayıram".

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova Kazım Sübhanın "MTV özəl" layihəsində deyib. Müğənni sosial şəbəkələrdən az istifadə etdiyini bildirib. O əlavə edib ki, "Facebook"da belə yoxdur.

Kazımova daha sonra illər əvvəl Xalq artisti Niyaməddin Musayevin başına gələn hadisəni danışıb:

"Gəncədə böyük bir konsert vermişdik. O zamanlar cəsarətli bir müğənnin şoularına öyrəşməmişdilər. 1990-cı illərdə orada qadın müğənninin səhnədən düşüb tamaşaçıların yanına getməsi risk idi.

Cavanşir Quliyev (bəstəkar-red.) xəbərdarlıq edirdi ki, səhnədən enmə. Amma məndən asılı olmurdu. Hətta Xalq artisti Niyaməddin Musayevin fanatı Gəncədə onu bıçaqlamışdı. Bu səbəbdən hər kəsdə bir qorxu var idi. Cavanşir Quliyev bunu bilirdi və deyirdi ki, Gəncə tamaşaçısı ciddidir, birdən zarafatlarını başa düşməz".

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR