Hüseynbala Səlimov
Siyasət 13:12 22.04.2022

Niyə Kreml bizə xüsusi münasibət göstərməlidir?

Hüseynbala Səlimov

Düşünmək olardı ki, Ukrayna müharibəsi prezident V.Putini və onun nazirlərini tamamilə özünə cəlb edib.

Bu günlərdə xarici işlər naziri S.Lavrov bəyan etdi ki, tezliklə Ukraynada "xüsusi əməliyyatlar”ın ikinci mərhələsi başlayacaq.

Belədə isə Ukraynada müharibə iki aydır ki, davam edir. Ukraynanın şəhərləri, məsələn, Masriupol İkinci Dünya müharibəsindəki məşhur Brest qalasından çox duruş gətirdi, özü də qəhrəmancasına.

Bir sözlə, imperiya müharibə aparır ki, daha da genişlənsin, işğal olunmuş Krımı özünə quru torpaqla birləşdirsin, Qara dənizi tamamilə öz nəzarətinə götürsün.

Amma imperiyanın qayğıları yalnız Ukrayna ilə məhdudlaşmır, ona görə də Vladimir Putin Cənubi Qafqazın "problemlər”ilə məşğul olmaq üçün də vaxt tapır. Odur ki, bu günlərdə o, Ermənistanın baş naziri N.Paşinyanı qəbul edərkən buna tamamilə təəccüblənmədik.

Hazırda bu müstəvidə çox mühüm məqamdır. N.Paşinyan periodik olaraq çıxış edir və Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyir.
Erməni cəmiyyətinin bu çıxışlara münasibəti müxtəlifdir – kimcə ona dəstək verir, kimsə də etiraz edir. Məsələn, bu günlərdə deyildi ki, guya Ermənistanda hərbi çevriliş hazırlanır. Amma deyəsən təhlükə sovuşdu və yaxud da deyilənlər çin olmadı...

Maraqlıdır ki, Bakı və İrəvanın liderlərinin Brüssel görüşündən sonra prezident Putinin onların hər ikisilə telefon danışığlı olmuşdu. Amma o, Paşinyanla tet-a-tet görüşməyi lazım bildi. Bəzi analitiklərin fikrincə, belə görüş Azərbaycan prezidentilə də baş tuta bilər, belə ki, Paşinyanla görüş formal olaraq diplomatik münasibətlərin otuz illiyinə həsr olunmuşdu, hərçənd, Azərbaycan prezidenti Moskvaya çox yaxın bir keçmişdə səfər etmişdi.

Paşinyanın səfəri zamanı əsas müzakirə mövzusu heç sözsüz ki, Qarabağ problemi oldu. Burada iki mühüm məqam var.

Birincisi, Bakı heç bir vəchlə Dağlıq Qarabağın statusunun xatırlanmasını istəmir. Sənədlərdə, aralıq müzakirələrdə bu hadqa heç nə yoxdur. Vaxtilə Bakı Qarabağa ən yüksək status vəd edirdi, amma ermənilər yalnız müstəqillik istəyirdilər. İşğal olunmuş rayonlar azad olnadan sonra Bakı da tonu dəyişdi və bəyan etdi ki, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, ona görə də heç bir statusdan söz gedə bilməz. Əvvəllər Ermənistan işğal olunmuş rayonlarla Bakıya təzyiq edirdi. İndi onun bu imkanı yoxdur. Ona görə də İrəvan ya Bakı ilə razılaşmalı, ya da ona qarşı yeni təzyiq rıçaqları tapmalıdır.
İkincisi, qeyd edək ki, Bakıya yeni təsir rıçaqı indi Minsk Qrupu, daha doğrusu, onun həmsədrləridir, hansıların ki, ikisi bu yaxınlarda Rusiya ilə əməkdaşlıqdan imtina etdilər.

Ona görə də məşhur üçlük pozuldu – Rusiyanın xarici işlər naziri bu günlərdə Bakı ilə İrəvan arasında danışıqlar aparmaq üçün öz təmsilçisini təyin etdi, digər iki həmsədr isə prosesdə iştirak etməkçün yanakı yollar axtarırlar.

Biz artıq qeyd etmişik ki, bu il çox şeylərə aydınlıq gətirəcək. Ən əsası odur ki, Moskvanın məram və niyyətlərinə aydınlıq gəlməlidi, hansı ki, Ukrayna ilə müharibə aparır, Gürcüstan da referendum keçirir ki, Abxaziyanı və Cənubi Osetiyanı özünə birləşdirsin. Ona görə də qəti inanmaq olmur ki, Azərbaycanda Moskva tamam başqa siyasət aparacaq. Axı niyə görə? Biz Kremlə hansı xidməti göstərmişik? Doğrudanmı Moskva məşhur bir filmdə deyildiyi kimi, göz yaşlarına inanmağa başlayıb?...