"Yelo Bank” sahibkarların gündəlik işini asanlaşdırmaq və onlara innovativ bankçılıq həlləri təqdim etmək məqsədilə "Yelo Business App”i davamlı olaraq inkişaf etdirir.
Artıq vergi və gömrük ödənişlərini heç bir əlavə vaxt sərf etmədən, birbaşa tətbiq vasitəsilə həyata keçirmək mümkündür. Biznes sahibləri ofisdən çıxmadan, yalnız bir neçə toxunuşla xərclərini sürətli idarə edə bilirlər. "Yelo Business App”in imkanları bununla məhdudlaşmır. İstifadəçilər tətbiq vasitəsilə:
- Kredit ödənişi
- Fiziki şəxslər üçün onlayn hesab açılması
- Mobil POS sifariş edilməsi
- Vergi və gömrük ödənişləri
- Şəxsi hesablar arası köçürmələr
- Bankdaxili köçürmələr
- Ölkədaxili köçürmələr
-Büdcə ödənişləri
- ƏDV ödənişləri
- Sərəncamlara baxış
- Rekvizitlərin əldə edilməsi
-Hesab çıxarışlarının izlənilməsi
kimi əməliyyatları da sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirə bilirlər. "Yelo Bank”ın əsas məqsədi sahibkarların vaxtına qənaət etmək, onların biznes proseslərini daha çevik və effektiv idarə etməsinə dəstək olmaqdır.
"Yelo Bank” – Parlaq bankçılıq!
Şərhlər