“Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyevin prezidentliyə üçüncü dəfə namizədliyinin irəli sürülməsinə başda bütün böyük dövlətlər olmaqla razılıq verib”.
Bu sensasion bəyanatla Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr üzrə şöbənin müdiri Novruz Məmmədov çıxış edib. N.Məmmədov deyib ki, İ.Əliyevin üçüncü müddətə namizədliyindən istifadə edib Azərbaycana təzyiq göstərmək istəyənlərin niyyəti baş tutmayıb. O, əlavə edib ki, bu məsələdə “Azərbaycanın imicini” düşünənlər öz qayğılarına qalsalar yaxşıdır. ”Beynəlxalq imicə qalsa, bəzi inkişaf etmiş Avropa dövlətlərində vəziyyət daha ciddidir. Bu baxımdan üçüncü prezidentlik müddəti ilə bağlı heç bir problem ola bilməz və bu artıq həll edilmiş məsələdir” deyə, N.Məmmədov vurğulayıb: “İkincisi, başda bütün böyük ölkələr olmaqla bu məsələyə özlərinin tam razılıqlarını veriblər”.(musavat.com)
Şərhlər