Sənət 17:27 26.05.2022

O şeir 92-də qəzetdə, 96-da kitabda gedib... – Şair plagiatçıları ittiham etdi

Salam Sarvanın şeirlərindən plagiat edənlər zaman-zaman müzakirə mövzusu olub. Ancaq qəribədir ki, şairin özü bu faktlara heç vaxt münasibət bildirməyib. Hətta bu yaxınlarda verilişlərin birində aparıcının bununla bağlı konkret sualına belə cavab vermişdi: "Bu barədə danışıb həmin adamları incitmək istəmirəm”. 

Bir qədər əvvəl Axund Azərin səsləndirdiyi müəllif şeirinin Facebookda paylaşılması bu söhbəti yenidən gündəmə gətirdi. Həmin şeirdə Salam Sarvanın məşhur "Tutdum yıxılmağa qorxduğum yerdən” şeirinin bəzi misraları olduğu kimi təkrar olunmuşdu. 
 
 

Qaynarinfo bu məsələyə Salam Sarvanın münasibətini öyrənib: 

"Düzü, belə hallar çox olur, amma bu şeirin başı lap bəlalıdı, onu bir neçə adam, demək olar ki, mənim əlimdən alıb. O şeir ilk dəfə 1992-ci ildə mətbuatda çap olunub, 1996-cı ildə çıxan kitabımda gedib. O vaxtdan ayrı-ayrı müəlliflər həmin şeirin ayrı-ayrı yerlərini öz şeirlərində olduğu kimi veriblər. Düzü, heç birinə irad tutmamışam, heç Axund Azəri də qınamıram, bəlkə də təsadüfi haldı, bilməyərəkdən olub”.

Aydın