Zaqatala rayonunun sakini "Uğurlu 7” instant lotereya bileti ilə 50 000 AZN məbləğində uduş əldə edib. Qalib bilet "OBA" marketlər şəbəkəsinin Zaqatalanın Dənəçi kəndində yerləşən filialından alınıb.
Azerlotereya tərəfindən təsdiqlənmiş nəticəyə əsasən, qalib Nəbi Mustafayev lotereya bileti vasitəsilə böyük uduşa sahib olub.
"OBA" marketlər şəbəkəsi müştərilərinə hər zaman əlçatan, rahat və xoş alış-veriş mühiti ilə yanaşı, əlavə fürsətlər təqdim etməyə davam edir. Instant lotereyalar da müştərilərimiz üçün gündəlik alış-veriş zamanı əlavə şans yaradan vasitələrdən biridir.
Şərhlər