Xəbər lenti

Olimpiya məşəlini yandıran məşhur tennisçi Tokio-2020 ilə vidalaşdı
İdman 15:31 27.07.2021

Olimpiya məşəlini yandıran məşhur tennisçi Tokio-2020 ilə vidalaşdı

Məşhur yaponiyalı tennisçi, reytinqinə görə dünya ikincisi olan Naomi Osaka Tokio-2020 ilə vidalaşıb.

Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, Osaka 1/8 final mərhələsində reytinqdə 42-ci olan çexiyalı Marketa Vondrusova ilə qarşılaşıb. Yaponiyalı ulduz bu rəqibinə 3-cü turda uduzub. İlk seti 6-1, ikincini isə 6:4 hesablı qələbə ilə tamamlayan Vondrusova 1/4 final mərhələsinə vəsiqəni təmin edib. 

Tokio-2020-nin Olimpiya məşəlini alovlandıran Osaka bu məğlubiyyətdən sonra mübarizəni dayandırıb. 

Daha öncə qadın tennisçilər arasında dünya birincisi olmuş Eşli Barti də ilk turda Olimpiada ilə vidalaşmışdı.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->