Ekonomiks 23:26 11.12.2019

OPEC Azərbaycan üzrə proqnozunu dəyişmədi

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2019-cu ildə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnozu dəyişməz qalıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, OPEC bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,79 mln. barel olacağını proqnozlaşdırır.

Hesabatda Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda bu il ərzində platformasının profilaktik işlərlə əlaqədar dayandırılmasının ölkədə neft hasilatına təsir göstərdiyi də qeyd edilir.