"Operativ Qərargah deyir ki, iyulda da işləməyin. Yaxşı, bəs əvəzinə nə təklif edirsiniz?..”
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfəli bildirib. O, qeyd edib ki, işsiz vətəndaşlara nəzərdə tutulan 190 manat iki ay verilib:
"Hələ haqqı çatan on minlərlə insan bu puldan mərhum qaldı. İyun ayı üçün sərt karantin elan olunan bölgələrdə yaşayanlara 190 manat ödəniləcəyi ilə bağlı qərar verdilər. Yəni, 600 min vətəndaşın təqribən 200 mininə iyunda 190 manat verməyəcəklər. Nədənsə ancaq xalqa çatan vəsaitdə qənaət edir, bu addımla cəmi 38 mln. manata güya qənaət ediblər. Anlamırlar ki, vətəndaşa ödədikləri pul həm də öz problemlərini həll edir – ticarət dövriyyəsi, istehlak artır, iqtisadiyyat az da olsa canlanır. İndi iyul ayı ərzində də karantin tədbirlərini uzatmaq istəyirlər, məntiqlə iyulda da 190 manatı ödəməlidirlər. Ölkədə biznes çöküb, can verir, kiçik-orta sahibkarlar məhv olmaq üzrədir, ictimai iaşə, xidmət, turizm, qeyri-ərzaq ticarəti, sərnişindaşıma və s. sahələr sadəcə ölüb, ağlayanları yoxdur".
Natiq Cəfərli bildirib ki, hökumətin alayarımçıq tədbirlər planında iyunun 1-ə qədər müəyyən addımlar nəzərdə tutulmuşdu:
"İndi isə iyulun 1-dir. Bir aydır ki, biznes sahələrinin çoxu qapalıdır, nə etsinlər onlar?! Hökumət nə icarə, nə kredit faizləri məsələsini həll etdi, nə kommunal güzəştlər tədbiq olundu, nə biznesin dərdinə dərman olacaq addımlar atdı, indi də Operativ Qərargah deyir ki, iyulda da işləməyin. Tamam, bəs əvəzinə nə təklif edirsiniz? Bu xalqın da qədrini bilin, olmaz belə... Əvvəl gün ərzində 2 dəfə SMS yazmağa icazə versələr də, sonra bunu birə endirdilər. Yaxşı, camaat banklara, xəstəxanalara getməlidir, ərzaq almalıdır, isti havalarda piyada gəzməlidir, bütün bunları 2 saata necə sığışdırsın?".
Bahar Rüstəmli
Şərhlər