Xəbər lenti

Bu, Azərbaycanın suverenlik hüquqlarına ziddir... - Politoloq
Siyasət 17:00 06.04.2021

Bu, Azərbaycanın suverenlik hüquqlarına ziddir... - Politoloq

"Əgər doğrudan da Xankəndidəki hava limanının ərazisində inzibati binanın üzərində Rusiya bayrağı asılıbsa, onda bu, Azərbaycanın suverenlik hüquqlarına ziddir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli Xankəndi hava limanında Rusiya və Ermənistan bayrağının dalğalanması ilə bağlı məsələni şərh edərkən deyib. Politoloq həmin ərazinin Azərbaycana məxsus olduğunu xatırladıb:

"İkincisi, həmin ərazini Rusiya Azərbaycan ərazisi kimi tanıyır. Üçüncüsü, hava limanı bir tikili olaraq Azərbaycan ərazisində olduğu üçün həmin hava limanından istifadə olunması da məhz Azərbaycan dövlətinin razılığı ilə ola bilər. Yəni, yalnız Azərbaycanın koridor verməsi, istifadə olunmasına icazə verməsi nəticəsində həmin hava limanından istifadə oluna bilər. Rusiya özbaşına orada bayrağını asıbsa, Azərbaycanla razılaşdırmadan hər hansı birtərəfli addımlar atırsa, onda bu, təbii ki, qanunsuzdur və Azərbaycanın suverenlik hüquqlarına ziddir”. 

Şahin Cəfərli qeyd edib ki, əgər söhbət hava limanı yaxınlığında Rusiya ordusunun məskunlaşdığı blok-modul şəhərciyindən gedirsə, orada Rusiya bayrağının asılmasında qeyri-adi heç nə yoxdur:

"Çünki sülhməramlı missiyasını Rusiya təkbaşına həyata keçirir. Bu əməliyyatı hər hansı beynəlxalq qurumun mandatı altında deyil, özü müstəqil keçirir. Məsələn, sülhməramlı əməliyyat BMT mandatı ilə keçirilsəydi, onda onun bayrağından və simvolikasından istifadə olunacaqdı. Amma Rusiya təkbaşına keçirdiyi üçün və buna da Azərbaycan dövləti razılıq verdiyi üçün Rusiya hərbiçilərinin olduğu obyektlərdə, blok-postlarda Rusiya rəsmi simvolikasından istifadə olunması normaldır”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->