Xəbər lenti

Orban: “Bizim nə mandatımız, nə də beynəlxalq siyasi çəkimiz var...”
Dünya 13:45 05.07.2024

Orban: “Bizim nə mandatımız, nə də beynəlxalq siyasi çəkimiz var...”

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsi Rusiyanın Ukraynaya qarşı müharibəsində sülh danışıqlarına görə məsuliyyəti öz üzərinə götürə bilməz və onun "nə mandatı, nə də beynəlxalq siyasi çəkisi” olduğunu qeyd edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.

"Belə bir görüşün təsirini ölçmək çətindir. Macarıstan öz yerini və çəkisini bilməlidir və sülh danışıqlarını böyük dövlətlər aparacaq”, – Orban cümə günü, iyulun 5-də deyib.

O, həmçinin bildirib ki, "əsl düşmən” Rusiya-Ukrayna müharibəsinin çəkdiyi iztirablardır.

"Avropa, yəqin ki, bizi sülhə doğru hərəkət etdirmək üçün daha çox şey edə bilər... Sülh yalnız kimsə bunu edəndə gələcək”, - Orban əlavə edib.

"Macarıstan bunun məsuliyyətini öz üzərinə götürə bilməz, nə mandatımız, nə də beynəlxalq siyasi çəkimiz var, bizim milli məhsulumuz, ordumuz və s. yoxdur, amma Allahın əlində yaxşı bir vasitə ola bilərik, sülh istəyən insanların əlində yaxşı bir vasitə ola bilərik”, - Macarıstanın baş naziri vurğulayıb.

Xatırladaq ki, Orbanın 2024-cü il iyulun 2-də Ukraynaya gözlənilməz səfər edib. Kiyevdə o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və ona Rusiya Federasiyası ilə danışıqların daha sürətli aparılması üçün "atəşkəs” ideyasını təklif edib. O bildirib ki, Ukraynanın sülh təşəbbüsləri "çox vaxt tələb edir” və buna görə də "Zelenskidən bunun başqa cür həyata keçirilə biləcəyini düşünməyi xahiş edib: əvvəlcə atəşi dayandırılması, sonra sülh üçün danışıqlar aparılması”.

Buna cavab olaraq Ukrayna prezidenti ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib ki, "Macarıstan bu senaridən danışan ilk ölkə deyil”. Jovkva açıq şəkildə bildirib ki, Zelenskinin bu cür təklifləri həqiqətən rədd edib: o, Orbanı dinləyib, "lakin cavab olaraq öz mövqeyini bildirib, bu aydın və hamıya məlum mövqedir”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->