Xəbər lenti

Avropa çempionatı: Azərbaycanın sərbəst güləş üzrə millisi komanda hesabında birinci oldu
İdman 08:55 08.07.2024

Avropa çempionatı: Azərbaycanın sərbəst güləş üzrə millisi komanda hesabında birinci oldu

Azərbaycanın sərbəst güləş üzrə millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında birinci olub.

Azərbaycan Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub. Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram ) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->