Bu qadının ürəyi sağda, qaraciyəri isə soldadır (FOTOLAR)

Bu qadının ürəyi sağda, qaraciyəri isə soldadır (FOTOLAR)

99 yaşlı amerikalı qadın Rouz Meri Bentlinin bir çox vacib orqanının yanlış yerdə olduğu müəyyənləşib.

Qaynarinfo USA Today-ə istinadən xəbər verir ki, bu fakt Oreqon Sağlamlıq və Elm Universitetinin tibb tələbələri tərəfindən müəyyənləşdirilib. Bentlinin ciyər və qarın boşluğunda yerləşən digər orqanları sol tərəfdə, ürəyi isə sağ tərəfdə inkişaf edib. Orqanların yanlış tərəflərdə yerləşməsi hər 22 min doğuşdan birində müşahidə edilir, lakin bu insanlar gənc yaşlarında həyatını itirir. Bu günə qədər sadəcə 2 insan 70 ildən çox yaşayıb. Orqanlarının yerlərində anormallıq müşahidə edilən 50 milyon insandan sadəcə 1-i uzun illər yaşaya bilir. 

Rouz Meri Bentli 5 uşaq dünyaya gətirib və orqanları sağlam vəziyyətdə olub. 2017-ci ildə vəfat edən qadın bədənini tibbi tədqiqat üçün bağışlayıb.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR