Xəbər lenti

Orta aylıq əməkhaqqı 642 manata çatacaq (RƏSMİ)
Ekonomiks 12:30 08.11.2018

Orta aylıq əməkhaqqı 642 manata çatacaq (RƏSMİ)

"Cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır".

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə çıxışı zamanı deyib.

"Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artım deməkdir”, - deyən İ.İsayev bildirib ki, Azərbaycanda demoqrafik göstəricilər müsbətdir, əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir:

"65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6.3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlılığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır.

Növbəti ildə məşğul əhalinin sayının beş milyona çatacağı qeyd olunur. Gələn il əhalinin gəlirləri 9 faiz artaraq, 54.4 milyard manata çatacaq. Bu da müsbət göstəricidir. Növbəti ildə orta aylıq əməkhaqqı 5.7 faiz artaraq, 642 manat təşkil edəcək. 2019-cu ildə inflyasiya 3.8 faiz səviyyəsində nəzərdə tutulur”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->