Konqo Demokratik Respublikasının qadınlardan ibarət U-20 millisinin qalmaqallı görüntüləri ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, pulları ödənilmədiyi üçün qaldıqları oteldən çıxarılan komanda küçədə həm məşq edib, həm də yatıb. Görüntüləri Dünya Futbolçular Birliyinin rəsmisi Conas Ber-Hofman tvitter hesabı vasitəsilə yayıb. O, Konqo Futbol Federasiyasından otelə pul ödənilmədiyi üçün yığma üzvlərinin küçədə yatmaq məcburiyyətində qaldığını yazıb.
FİFA rəsmisi, sabiq futbolçu Herita İlunqa da futbolçuların küçədə yatması və məşq etməsi ilə bağlı görüntüləri paylaşıb. O, paylaşımında Konqo Futbol Federasiyasına səslənərək "Kosta-Rikada 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlaşmağa çalışırlar" ifadələrini işlədib.
Səbuhi Həsənov
Şərhlər