Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, turun son matçı "Qarabağ" - "Sumqayıt" olub. "Azərsun Arena"da baş tutan görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun komandasından hər iki qolu Filip Ozobiç (42-p., 90+5) rəqib qapısından keçirib.
Bu qələbədən sonra "Qarabağ" hazırda 10 xalla ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi eyni xala malik turnir cədvəlinin lideri "Qəbələ"dən top fərqində geri qalır.
Səbuhi Həsənov
Şərhlər