Xəbər lenti

Pandemiya bitir, həyat əvvəlki vəziyyətinə qayıdır? (VİDEO)
Video 16:32 05.10.2021

Pandemiya bitir, həyat əvvəlki vəziyyətinə qayıdır? (VİDEO)

Koronavirusa yoluxanların sayında müşahidə olunan azalma bəzi insanlarda arxayınlıq yaradıb. Onlar düşünür ki, vaksin olunanların sayının artması pandemiyanın sona yaxınlaşması, həyatın əvvəlki axarına qayıtması deməkdir. 

İnfeksionist Ramin Nərimanın fikrincə, peyvənd olunanların sayı artsa da, tədbiri əldən vermək olmaz. Ölkədə epidemioloji vəziyyətin qənaətbəxş olması ilə bir sıra iş və xidmət sahələri fəaliyyətini bərpa etdi. Hər birimizin açılmasını səbirsizliklə gözlədiyi əyləncə mərkəzləri, teatr və kinoteatrlar yenidən fəaliyyətə başladı.

Hətta həftəsonu ictimai nəqliyyatın fəaliyyəti də bərpa olundu. Hər birimiz sərt məhdudiyyətlərin tətbiq olunduğu dövrlərdə necə əziyyət çəkdiyimizi xatırlayırıq. Əlbəttə, heç birimiz yenidən o dönəmləri yaşamaq istəmərik. Koronavirusa birgə qalib gəlmək üçün gəlin sağlamlığımızı qoruyaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->