Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.
Qaynarinfo xəbər verir ki, iclasda Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası və Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bundan əvvəl isə növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi: Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).
Şərhlər