Partiyalardan nə qədər namizəd qeydə alınıb?

Partiyalardan nə qədər namizəd qeydə alınıb?

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının 14 namizədi qeydə alınıb.

Bu barədə Qaynainfo-ya partiyanın İcra Aparataının rəhbəri Samir Əsədli məlumat verib. O, qeyd edib ki, partiya növbədənkənar parlamet seçkisinə 60-dan yuxarı namizədlə qatılıb.

Azərbaycan Milli İstiqlal Partiyası da növbədənkənar parlament seçkisində qeydə alınan sayını açıqlayıb. Partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin sözlərinə görə, növbədənkənar parlament seçkisinə 42 nəfərin namizədliyi irəli sürülüb:

"Onlardan 22-si qeydə alınıb. Bəziləri namizədliyini geri götürüb. Bir nəfər isə namizədliyini ürəli sürdüyü dairə seçki komissiyası tərəfindən qeydə alınmayıb”.

Respublikaçı Alternativ (ReAl) Hərəkatının icraçı katibi Natiq Cəfərli isə 31 namizədin qeydə alındığını vurğulayıb: 

"ReAl seçkiyə 46 namizəd irəli sürmüşdü. Onlardan 3 nəfərinin məhkumluğu olduğundan namizədliklərini irəli sürə bilmədilər. Bəziləri isə seçkini yarımçıq tərk edib. 31 namizəd isə qeydiyyatdan keçərək seçkiyə vəsiqə alıb”. 

Ümid Partiyasından isə növbədənkənar parlament seçkisinə 80 namizəd  qatılıb. Partiyanın sədr müavini Elman Abbasovun sözlərinə görə, onlardan cəmi 21 nəfəri qeydə alınıb.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR