Siyasət 14:41 20.10.2022

Paşinyan: "Aİ missiyasının müddəti uzadılma bilər"

Yaxın vaxtlarda Avropa İttifaqının 40 nəfərdən ibarət monitorinq missiyası Ermənistana gələcək. Bəzi ekspertlər hesab edir ki, müşahidə missiyasının müddəti uzadılmalı, hətta daimi olmalıdır. 

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 20-də hökumətin iclasında deyib. Hökumət başçısı lazım gələrsə, bu məsələnin daha dərindən öyrənilməsini istisna etməyib.

O, Aİ-nin Ermənistan-Azərbaycan sərhədində yerləşən mülki müşahidəçilər missiyasının fəaliyyətə başlamasını alqışlayıb və müvafiq razılığın oktyabrın 4-də Praqada keçirilən dördtərəfli görüş zamanı əldə olunduğunu xatırladıb.

"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Aİ-dən olan tərəfdaşlar çox tez reaksiya və qərarlar verdilər. Hazırlıq qrupu artıq Ermənistandadır. Yaxın vaxtlarda 40 nəfərdən ibarət müşahidə missiyasının əsas qrupu Ermənistana gələcək”, deyə Paşinyan bildirib.

Nizami Bağırov