Xəbər lenti

Paşinyan dilemma qarşısında - İrəvan Rusiya və Qərb arasında vurnuxur
Dünya 18:18 06.06.2022

Paşinyan dilemma qarşısında - İrəvan Rusiya və Qərb arasında vurnuxur

Rusiya Qərbə qarşı istifadə etmək məqsədi ilə Baş nazir Nikol Paşinyanı demokrat elan edir.
 
Rusiya Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryanın prezidentliyi dövründə belə addım atmasa da, Nikol Paşinyanın demokrat siyasətçi imicini yaratmağa çalışmaqla geosiyasi mövqelərini gücləndirməyə çalışır. Bu, artıq Ermənistanda da kəskin şəkildə hiss olunur. 

Digər tərəfdən də Nikol Paşinyan ona görə demokrat elan edilir ki, Qərb ondan Rusiyaya qarşı istifadə edə bilməsin. Söhbət ondan getmir ki, Paşinyan prinsipial anti-Rusiya xəttindədir. Xeyr, o, kürsü xatirinə bədəninə Putinin şəklini döymə etdirə bilər. Lakin Paşinyanın Qərbin təsiri altında da istənilən zaman kürsü xatirinə mövqeyini dəyişə bilmə təhlükəsi var ki, bu da Moskvanı narahat etməkdədr.

Qərb belə hesab edir ki, müəyyən şərtlər daxilində Nikol Paşinyan  Rusiya əleyhinə layihələrdə istifadə olunarsa, o Qərb üçün arzuolunan partnyora  çevrilə bilər. 

Xüsusilə, Qərbin bölgədə hədəfinin Rusiya olması fonunda Ermənistan Qərbin geosiyasi oyunlarında ciddi oyunçuya  çevrilə bilər.
Əgər, məsələn, Nikol Paşinyan Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının tərəfdarı olduğunu bəyan edərsə, KTMT-dən çıxmağın tərəfdarı olarsa,  o zaman Qərbyönlü qrant hüquq müdafiəçiləri Paşinyan hökumətinin etirazçılara qarşı zorakı hərəkətlərinə məhəl qoymayacaq.

Digər tərəfdən, Nikol Paşinyan Avropa İqtisadi İttifaqından çıxdığını bəyan etsə, Ukraynanın Ermənistandakı səfirliyinə gedib Zelenskiyə dəstəyini bildirsə, o zaman etirazçıları artilleriya ilə vursa belə, Qərb 5-ci kolonunu alqışlayacaq və hüquq müdafiəçiləri bunu superdemokratik yanaşma hesab edəcəklər.

Paşinyan hələ belə şeylər deməyib, etməyib, amma bir gün bunlardan birini edə bilər. 

Düzdür Nikol Paşinyan Qərblə paralel olaraq Moskva platformasına da "hə” deyir, ancaq bir ayağı Brüsseldədir və bu, Qərbə anti-Rusiya xətti tutmaq şansı yaradır. Həmin şansdan çıxış edərək, Ermənistandakı siyasi prosesləri nəzərə alaraq, Paşinyan ayrı-ayrı polis nümayəndələrinin aksiyaçılara qarşı törətdiyi cinayətləri görməzdən gəlsinlər deyə, hüquq müdafiəçilərinə  imtiyazlar verərməkdə davam edir.

Belə hallara Serj Sarkisyanın, Robert Köçəryanın prezidentliyi dövründə də rast gəlinirdi. Yəni, insan haqları nümayəndələri məşhur Qərb dövlətlərinin səfirliklərinə və beynəlxalq təşkilatlara yazdıqları hesabatların qarşısını alması üçün imtiyazlarla təmin olunurdular.

Paşinyan və insan haqqları müdafiəçiləri isə Qərbin və ya Rusiyanın maraqlarını təbliğ etmək seçimi qarşısında qaldıqca ölkədə siyasi vəziyyət getdikcə öz orbitindən çıxmaqdadır.

Hazırda isə erməni cəmiyyətinin hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə strateji münasibətlərin daha da dərinləşməsini və yeni gündəmlə inkişaf etməsi seçimi, digər tərəfdən isə Qərblə tərəfdaşlıq və dostluq münasibətlərin yaradılacağına ümüd etməsi geosiyasi seçim məsələsində də qeyri-müəyənlilik yaradıb.

Telman

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->