Paşinyan:

Paşinyan: "Gələn ay İlham Əliyevlə görüşümüz ola bilər"

Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın ortalarında keçiriləcək Münhen təhlükəsizlik konfransı zamanı görüşümüz istisna deyil.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi geniş mətbuat konfransında deyib.

"Hazırda görüşlə bağlı razılıq yoxdur, ancaq mən bunu istisna etmirəm, bu imkanı müzakirə edirik”, - Paşinyan deyib.

Qeyd edək ki, bu gün Qafanda keçirdiyi və ölkə mediasında canlı yayımlanan mətbuat konfransında Paşinyan Qarabağ danışıqlarının detallarını açıb.
XƏBƏRLƏR
BLOGLAR