Ermənistanda hərbi vəziyyət rejimi çərçivəsində mitinq, tətil və nümayişlərin keçirilməsinə qoyulan qadağa ləğv edilib.
"Report” xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armeniya" yayıb.
Mütəxəssislər bunu Ermənistanın baş naziri Nikol Paşinyanın müxalifətin təzyiqləri qarşısında geri çəkilməsi kimi qiymətləndirir.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistanda hərbi vəziyyət rejimi tətbiq olunub.
Şərhlər