Xəbər lenti

Dünya 20:40 11.02.2025

"Paşinyan Parisdən ona görə əliboş qayıtdı ki..." - Politoloq

"Paşinyanın Fransadan əliboş qayıtmasının başlıca səbəbi odur ki, Paris Cənubi Qafqazda əsas söz sahibi deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfərini şərh edərkən deyib.

"Çünki Paşinyan Paris səfərində də istədiyi nəticələri əldə edə bilməyib. Paşinyanın Fransadan əliboş qayıtmasının başlıca səbəbi odur ki, Paris Cənubi Qafqazda əsas söz sahibi deyil. Regionun əsas söz sahibi Azərbaycan və Türkiyədir", deyə Taleh Əliyev bildirib.
 


Ekspert qeyd edib ki, Azərbaycan və Türkiyənin iradəsinin xaricində Cənubi Qafqazda Ermənistan və onun havadarları istədikləri nəticəni əldə edə bilməyəcəklər:

"Ermənistan hakimiyyəti həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətdə öz iradəsini ifadə edə bilmir. Ona görə də Azərbaycan və Türkiyənin bölgəmizlə bağlı yanaşması daha adekvat və realdır, nəinki Ermənistanın".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Emmanuel Makronla Bakı-İrəvan danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər. Görüş zamanı ikitərəfli münasibətlər  kontekstində enerji, yol tikintisi, təhsil, turizm və infrastrukturun modernləşdirilməsi sahələrində əməkdaşlıq da müzakirə edilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->