Xəbər lenti

"Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi  müəyyənləşdi (VİDEO)
Sənət22:57 13.12.2025

"Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi müəyyənləşdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Gürcüstanda keçirilən "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub.
"Report"un yerli bürosu xəbər verir ki, ölkəni müsabiqədə Lu Deluiz təmsil edib.
Fransa münsiflər heyətindən 152 bal, onlayn səsvermə nəticələrinə əsasən isə 96 bal toplayaraq birinci yerə layiq görülüb.
Müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.
Azərbaycan müsabiqədə Yağmur Nəsrullayeva ilə təmsil olunub. O "Miau Miau" mahnısı ilə 15-ci yerdə qərarlaşıb.