Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? (VİDEO)
Hansısa yaşayış binasının həyəti deyil, tullantı poliqonunu xatırladır.
Xezerxeber.az xəbər verir ki, bura Xətai rayonu, Qədir Məmmədov küçəsindəki 5 və 7 nömrəli binaların həyətləridir.
Sakinlər deyirlər ki, iki ildən çoxdur bu həyətə abadlaşdırma adı ilə gəlib, qarajları və köhnə tikililəri söküblər. Amma işlər yarımçıq saxlanılıb. O gündən bəri torpaq, daş, tullantılar bu ərazidə yığılıb qalıb. Yayda toz, qışda isə palçıq çıxılmaz vəziyyət yaradır.
Sakinlər deyirlər ki, bir vaxtlar uşaqların oynadığı həyətdə indi sahibsiz itlərin məskəninə çevrilib.
Onlar aidiyyəti qurumlardan təxirəsalınmaz tədbir görülməsini istəyirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər