Xəbər lenti

Paşinyan-Putin görüşünə İrəvanda etriraz: Ermənilər ümidini itirir
Dünya 10:55 14.10.2021

Paşinyan-Putin görüşünə İrəvanda etriraz: Ermənilər ümidini itirir

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş İrəvanda narahatlıqla qarşılanıb. 

Qaynarinfo xəbər verir ki, Ermənistan ictimai-siyasi mühitində oktyabrın 12-də Moskvada keçirilən görüşün nəticələrinin rəsmi İrəvanın əlyehinə olduğunu düşünürlər.

Erməni politoloq Anuş Sevrakyan deyib ki, Moskva görüşü heç də yaxşı nəticələrlə yadda qalmayacaq. Politoloq əlavə edib ki, ötən həftə Qarabağda bir mülki şəxsin öldürülməsinin ardından bölgədə təhlükəsizliyə zəmanət vermiş Rusiya özünü qəribə aparır: 

"Qarabağda bir mülki şəxs öldürülür. Bölgədə sülhə zəmanət verən ruslar özlərini elə aparırlar ki, guya atəş açanı saxlayıblar. Qərb kəşfiyyatı təhlükəsizliyimizi təmin etməməkdə bizi günahlandırır. Türkiyə ilə min bir məhəbbətlə danışanlar, nəzarətlərində olan mediada Rusiyaya tərif yağdırırlar. Mis-molibden mədənləri ruslara verilir. Sərhəd ruslara tapşırılır”.

Ekspertlər hesab edir ki, Paşinyan-Putin görüşünə bu sayaq münasibət əslində Ermənistandakı Qarabağ klanının artıq Rusiyanın dəstəyindən məhrum olması əndişəsindən doğur. Paşinyan Qarabağ klanını hakimiyyətdən endirmiş siyasi fiqurdur və bu günə qədər ona qarşı ən kəskin müxalif mövqedə dayananlar da bu klanın nümayəndləridir. Hələ İkinci Qarabağ savaşı zamanı revanşa hazırlaşan Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi klan Kremlin dəstəyinə ümid edirdi. Bütün cəhdlərə baxmayaraq, Paşinyana qalib gəlmək mümkün olmadı. Bununla belə, Qarabağ klanı Moskvanın Paşinyana sıcaq baxmadığını nəzərə alaraq ümidini üzmədi. Baş nazirin tədricən Moskva ilə münasibətləri qaydasına salması və nəhayət Putinlə təması isə İrəvanda artıq Kremlin Ermənistanda hakimiyyət dəyişikliyinə ehtiyac duymadığı qənaətini möhkəmləndirib, görüşə isterik münasibəti şərtləndirib.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->