Xəbər lenti

Siyasət 12:01 03.02.2022

Paşinyandan açıqlama: "Dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır”

"Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır".

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib. 

O deyib ki, Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru Rusiya Dəmir Yolları (RDY) olacaq. 

Qeyd edək ki, daha əvvəl N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüş zamanı Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsi barədə razılığın əldə olunduğunu bildirmişdi. Söhbət Erasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolundan gedir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->