Sağlamlıq 13:05 25.03.2020

"Patron" günəbaxan tumları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

"Patron" günəbaxan tumları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Qaynarinfo xəbər verir ki, şirkət Fonda 13 min manat pul küçürüb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Dünən oronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb.