Xəbər lenti

Yeni araşdırma: Aşağı sosial status qadınlarda ürək xəstəliyi riskini artırır
Sağlamlıq 23:00 07.07.2025

Yeni araşdırma: Aşağı sosial status qadınlarda ürək xəstəliyi riskini artırır

Özlərini sosial nərdivanda "aşağı" hiss edən qadınlar gizli ürək-damar xəstəliklərinə həssas ola bilərlər - hətta klinik simptomlar olmasa belə. 

Qaynarinfo xəbər verir ki, bunu "Biopsychosocial Science and Medicine (BSM)" jurnalında dərc olunan araşdırma göstərib.

Təcrübədə ürək problemi olmayan 443 insan iştirak edib. Tədqiqatçılar onların subyektiv sosial statusunu (SSS) qiymətləndiriblər - bir insanın cəmiyyətdə özünü başqalarından nə qədər üstün və ya aşağı hiss etdiyini öyrəniblər. Subyektiv sosial statusun obyektiv statusla eyni olması şərt deyil, çünki o, hörmət, nüfuz və başqalarının münasibətini ehtiva edir. Daha sonra nəticələr subyektlərin ürəyindən alınan MRT (maqnit rezonans görüntüləmə) məlumatları ilə müqayisə edilib.

Aşağı SSS-u olan qadınlarda latent miokard fibrozunun əlamətləri - normal ürək toxumasının birləşdirici toxuma ilə əvəzlənməsi müşahidə edilib. Bu əlamət ürək toxumasında iltihablı prosesləri göstərir. Kişilərdə belə bir əlaqə tapılmayıb.

Müəlliflər vurğulayırlar ki, insanın cəmiyyətdəki mövqeyinin dərk edilməsi orqanizmdəki bioloji proseslərə təsir edə bilər. Qadınlar buna xüsusilə həssasdırlar. Alimlərin fikrincə, ürək-damar xəstəliklərinin profilaktikası proqramları hazırlanarkən bu fakt nəzərə alınmalıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->