31 saylı Suraxanı 2-ci Seçki Dairəsindən deputatlığa namizəd Pərvin Mahmudovun Yeni Günəşli və Qaraçuxur qəsəbəsinin sakinləri ilə məhəllə görüşləri davam edir.
Qaynarinfo xəbər verir ki, növbəti belə görüş Yeni Günəşli qəsəbəsi, massiv D 24 saylı binanın qarşısındakı xeyir-şər evində və AB yaşayış sahəsindəki Veteranlar Guşəsində baş tutub.
Sakinlər gənc namizədi çox səmimi qarşılayıb, onunla söhbət ediblər. Qəsəbə sakinləri Pərvin Mahmudovu dəstəklədiklərini bildirib, 9 fevral 2020 –ci il səs vermə günü ona səs verəcəklərini diqqətə çatdırıblar.
Görüşlərdən fotoları təqdim edirik.
Şərhlər