Xəbər lenti

Pikassonun 6 il əvvəl oğurlanan əsəri torpaq altından tapıldı (FOTO)
Sənət 11:45 19.11.2018

Pikassonun 6 il əvvəl oğurlanan əsəri torpaq altından tapıldı (FOTO)

Pikassonun 6 il əvvəl oğurlanan "Tete d’Arlequin" adlı əsəri Rumıniyada tapılıb.

Qaynarinfo xəbər verir ki, Rotterdamda yerləşən muzeydə yoxa çıxmış əsər Rumıniyada meşədə torpağa basdırılmış halda tapılıb. Rəsmin orijinallığı bir neçə gün ərzində təsdiqlənəcək.

2012-ci ildə baş verən hadisədə 800 min avro dəyərə sahib "Tete d’Arlequin" ilə birlikdə fransız rəssam Klud Monetin 18 milyon avroluq 2 əsəri, Paul Qauquinin 1, Henri Matissenin 1 rəsmi yoxa çıxmışdı. Oğurluqda Radu Doqaru adlı şəxs ittiham edilirdi. Anası o dövrdə oğlunu xilas etmək üçün oğurluğun sübutlarını yandırdığını açıqlamışdı. Ana və oğul hadisədən sonra 2 və 6 il müddətinə azadlıqdan məhrum edildi.

Rəsm əsəri isə rumın yazıçı Mira Fetikuya göndərilən məktub sayəsində aşkarlanıb. Meşə ərazisi Doqarunun yaşadığı yerin 15 km məsafəsində yerləşir.


Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->