"Əhəmiyyətli qərardır, lakin onun yerinə yetiriləcəyinə əmin deyiləm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iyulun 1-dən qüvvəyə minəcək birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablaşdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışına qoyulan qadağanın nə dərəcədə işləyib-işləməyəcəyinə münasibət bildirərkən deyib.
Birlik sədri sözügedən qərarda müəyyən boşluqların olduğu qənaətindədir:
"Yeni qaydaya əməl etmək bir qədər çətin olacaq. Bundan əvvəl də müxtəlif qadağalar qəbul olunub. Məsələn, tütün və tütün məhsullarının istifadəsinin azaldılması və digər məsələlər barədə müxtəlif strategiya və qanunlar qəbul edilib. Plastik qablarla bağlı verilən qərar da əhəmiyyətli qərardır. Buna əhali və biznes qurumları da dəstək verməlidir. Lakin təəssüf ki, verilən qanunlar icra olunmur. Ona görə ki, qoyulan qadağa müqabilində ona alternativ addımlar atılmır. Digər tərəfdən, qəbul olunan qanunlar əksər hallarda yerinə yetirilmir”.
Həmsöhbətimiz plastik qablardan istifadə qadağasının başqa problemə gətirib çıxaracağını düşünür:
"Plastik material həm də qida mallarının qablaşdırıldığı materiallardandır. Qida mallarının 80 faizə qədəri plastik qablarda qablaşdırılır. Onda belə çıxır ki, müəssisələr öz fəaliyyətlərini dayandırmalıdır. Dövlət orqanlarının sinxron fəaliyyəti təəssüf ki, çox zəifdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qərarı verəkən İqtisadiyyat Nazirliyi və biznes qurumları ilə məsləhətləşmələr aparmalı idi. Bu o məqsədlə aparılmalı idi ki, dövlətin qərarları ayaq altına düşməsin”.
Rüfət Sultan
Şərhlər