Müğənni və bəstəkar Murad Arif "Mənə Sən Lazımsan” mahnısına klip çəkdirmək üçün Macarıstanın paytaxtı Budapeştə yollanıb.
Şəhərin maraqlı məkanlarında çəkiliş edən heyət Dunay çayı üzərindən keçən körpüdə ekstremal şəraitdə çəkiliş aparıb.
Belə ki, Murad Arif körpünün üzərinə çıxaraq, şəhər əhalisini, ətrafdakı sürücüləri həyəcanlandırıb.
Macar polisləri isə çəkiliş meydanına gələrək, onlara xəbərdarlıq ünvanlayıb. Lakin heyət çəkilişə qaldığı yerdən davam edib.
Xatırladaq ki, sözügedən körpü Budapeştin ən qədim körpülərindən biridir və onun üzərində hərəkət etmək risklidir. (Axşam.az)
Şərhlər