Polşa millisinin sabiq hücumçusu Mahir Emrelini tənqid etdi

Polşa millisinin sabiq hücumçusu Mahir Emrelini tənqid etdi

Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Matsey Slivovski Varşava təmsilçisinin oyunçularını tənqid edib.

"Report"un məlumatına görə, veteran hücumçu yerli mətbuata açıqlamasında sabiq komandasının evdə "Lex"ə 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XI tur matçında bir çox futbolçunun potensialından aşağı çıxış etdiyini bildirib.

O, Azərbaycan millisinin forvardı Mahir Emreli haqqında da mənfi fikirlər səsləndirib: "Emreli tamamilə meydanda görünmədi. Onu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi də tənqid etmişdi".

Qeyd edək ki, "Lex"lə oyuna start heyətində başlayan Mahir Emreli 65-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.
XƏBƏRLƏR
BLOGLAR
X