İdman 10:57 20.09.2021

Premyer Liqada 4-cü tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.
 
Qaynarinfo xəbər verir ki, turun son matçı "Azərsun Arena"da "Qarabağ"la "Sumqayıt" arasında keçiriləcək. Baş hakim Kamal Umudlunun idarə edəcəyi matç saat 19.00-da start götürəcək. 
 
Komandalar indiyədək ölkə çempionatında 35 dəfə üz-üzə gəliblər. Bu matçların 25-də Ağdam təmsilçisi, 5-də sumqayıtlılar qələbə qazanıblar. 5 qarşılaşma isə heç-heçə yeunlaşıb. Topların nisbəti də "köhlən atlar"ın xeyrinədir - 77:18.
 
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, IV tur
 
20 sentyabr
19.00 Qarabağ - Sumqayıt
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyevş
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Azersun Arena”.
 
Səbuhi Həsənov