Prezident 51 ildir yanan “Cəhənnəm qapıları”nı söndürməyi əmr etdi (VİDEO)
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov xalq arasında "Cəhənnəm qapıları” adlandırılan Darvaza qaz kraterinin söndürülməsinə göstəriş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti Türkmənistan televiziyasına istinadən məlumat yayıb.
Türkmənistan liderinin sözlərinə görə, "bu vəziyyət ətraf mühitə və yaxınlıqda yaşayan insanların sağlamlığına pis təsir edir”. O, xaricə çıxarıla bilən xammalın da itirilməsindən təəssüfləndiyini bildirib.
"Bununla əlaqədar mən sizə göstəriş verirəm ki, alimləri toplayasınız, lazım gələrsə, xarici mütəxəssisləri cəlb edəsiniz və bu alovu söndürməyin yolunu tapasınız”.
Bu yanan krater Daşoğuz rayonunda yerləşir. Bu ərazidə təbii qazın çoxlu toplanması olduğundan 1971-ci ildən bəri yanır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər