Xəbər lenti

Ölkə 11:16 15.08.2020

Prezidentin köməkçisindən açıqlama: Məktəblərlə nə vaxt açılacaq?

"Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ araşdırılır və öyrənilir. Digər ölkələrin təcrübəsinə də müraciət edilir”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ictimai müzakirələr çərçivəsində bu məsələ kompleks şəkildə müzakirə olunur : "Yekdil qərar barədə danışmaq tezdir.Bu, epidemiloji vəziyyətlə bağlı olan bir sahədir. Təhsil müəssisələrinin açılması bağlı məsələyə baxılmaqdadır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?